SON XƏBƏRLƏR

Məhbus vəkil zəhərlənib, müalicəsinə icazı verilmir

2024.08.31, 11:19
Məhbus vəkil zəhərlənib, müalicəsinə icazı verilmir

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvi zəhərləndiyi üçün vəziyyəti yenidən ağırlaşsa da, həbsxana rəhbərliyi onun müayinə və müalicəsinə icazə vermir.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları həbsxanadakı mənbələrə istinadən məlumat yayıblar.

"Onun yaxınlarının göndərdikləri dərmanların da məhbus fəala verilməsinə imkan verlmir",- məlumatda bildirilib.

Qeyd edək ki, təhlükəsizlik məmurları Tahir Nəqəvini fevralın 6-da Kərəc şəhərində həbs ediblər.

O, "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar