SON XƏBƏRLƏR

Zaxarova: İrəvan KTMT-nin tam hüquqlu üzvü olaraq qalır

2024.09.04, 12:44
Zaxarova: İrəvan KTMT-nin tam hüquqlu üzvü olaraq qalır

“İrəvan de-yure KTMT-nin tam hüquqlu üzvü olaraq qalır”.

Gunaz.tv

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Vladivostok İqtisadi Forumu çərçivəsində keçirdiyi brifinqdə Ermənistan baş naziri Nikol Paşinyanın İrəvan KTMT-dəki fəaliyyətini dondurub bəyanatına münasibət bildirərkən deyib.

“Mən rəsmi İrəvanın bəyanatlarını müntəzəm olaraq oxuyuram, o cümlədən KTMT ilə bağlı. Onlar bir müddət əvvəl bəyan etmişdilər ki, KTMT Ermənistan ərazisini tərk edib, sonra başladılar deməyə ki, təşkilat daxilində fəaliyyətlərini dondurublar. Hər sözün, hər kəlmənin arxasında məna dayanmalıdır. Bu, fövqəl dərəcədə vacibdir. Əgər bu, rəsmi şəxs tərəfindən səsləndirilirsə, o zaman məsuliyyət də olmalıdır. Təkcə deyilənlərə görə yox, həm də nəticələrinə görə. Bir daha təkrar edirəm, İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvlü olaraq qalır, müvafiq hüquq və öhdəliklərini saxlayır. Faktiki olaraq Ermənistan rəhbərliyi əməkdaşlıqdan geri çəkilmə xəttini dəstəkləyir. Fikrimizcə, bu, erməni xalqının maraqlarına ziddir. Rusiya ümid edir ki, Ermənistanla KTMT çərçivəsində tərəfdaşlıq tam bərpa olunacaq. Çünki bu həm Ermənistanın özünün, həm də bütövlükdə regionun maraqlarına cavab verir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar