SON XƏBƏRLƏR

Milli fəal fars dilində ifadə verməkdən imtina etdi

2024.09.09, 10:27
Milli fəal fars dilində ifadə verməkdən imtina etdi

Sentyabrın 8-də Tehranın Evin həbsxanasında saxlanılan milli fəallar Murtaza Pərvin, Aydın Məhəmmədi və müvəqqəti olaraq sərbəst buraxılan Səid Minayinin məhkəmə iclası keçirilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, məhkəməyə milli fəallara qarşı qərəzli münasibəti ilə tanınan hakim Abbas Səlavati başçılıq edib.

Fəallara qarşı “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq”, “sistemə qarşı təbliğat” ittihamları irəli sürülüb. 

Hakimin etirazına baxmayaraq, milli fəal Murtaza Pərvin müdafiə çıxışını türk dilində etdiyi üçün məhkəməyə tərcüməçi çağırılıb. 

Qeyd edək ki, fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin fevralın 11-də Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb.

M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noutbuk müsadirə edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar