SON XƏBƏRLƏR

Erməni spiker “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılmasının zəruri olduğunu bildirib

2024.09.09, 11:16
Erməni spiker “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılmasının zəruri olduğunu bildirib

Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası” buraxılmalıdır, çünki artıq “ikinci tərəfin səlahiyyəti” yoxdur.

Gunaz.tv

Alen Simonyan bu barədə parlamentin sessiyası zamanı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın “üç illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətində olub-olmadığına” dair suala cavabında bildirib.

Bununla yanaşı, Ermənistan parlamentinin sədri bildirib ki, onun üçün artıq “Dağlıq Qarabağın vəzifəli şəxsləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini yoxdur və o, bir hüquqşünas kimi hesab edir ki, sözügedən formatın ləğvi məsələsini ciddi şəkildə müzakirə edilməlidir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar