SON XƏBƏRLƏR

İsrail Suriyada İrana məxsus bazanı vurub - Ölənlər var

2024.09.09, 15:01
İsrail Suriyada İrana məxsus bazanı vurub - Ölənlər var

İsrail Suriyaya raket hücumu zamanı İranın bu ölkədəki obyektlərinə, o cümlədən raket istehsalı bazasına zərbələr endirib.

Gunaz.tv

Bu barədə “Times of Israil” qəzeti məlumat yayıb.

“Həmanın qərbində yerləşən Masyaf bölgəsindən İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edildiyi güman edilir. Son illərdə o, dəfələrlə İsrailin hədəfinə çevrilib”, - deyə məlumatda bildirilib.

Qəzet iddia edir ki, həmin bazada CERS və ya SSRC kimi tanınan Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir.

Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatı hava zərbələri nəticəsində 14 nəfərin, o cümlədən 12 nəfər İrana bağlı silahlının həlak olduğunu bildirib.

Qeyd edək ki, bu gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın bir sıra əyalətlərində hərbi obyektlərə hava zərbələri endirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar