SON XƏBƏRLƏR

İranda əfqanistanlılara qarşı təzyiqlər artır - Yeni qadağalar tətbiq olunur

2024.09.20, 12:19
İranda əfqanistanlılara qarşı təzyiqlər artır - Yeni qadağalar tətbiq olunur

İranda əfqanistanlı qaçqınlara qarşı təzyiqlərin davam edir, onların işə götürülmələri ilə bağlı daha bir qadağa tətbiq olunub.

Gunaz.tv

Bu barədə İranın polis qüvvələrini komandir müavini Qasım Rzayi açıqlama verib.

"Əfqanistanlılara mülk, avtomobil satmaq və ya onları işə götürmək cinayət sayılır, onlar öz ölkələrinə qayıtmalıdırlar",- Rzayi deyib.

Bundan əvvəl isə İranın bəzi əyalətlərində əfqanistanlı qaçqınlara çörək satılması qadağan edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazımi Qumi və ölkənin daxili işlər naziri İskəndər Mömüni də əfqanistanlı qaçqınların ölkədən çıxarılacaqları barədə bəyanatlar səsləndiriblər.

Onların dediyinə görə, 2025-ci ilin aprel ayına kimi 2 milyon əfqanıstanlı qaçqın deportasiya olunacaq.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar