SON XƏBƏRLƏR

İsrail Hizbullah mövqelərinə hava hücumu etdi-Ölənlər var

2024.09.21, 19:59
İsrail Hizbullah mövqelərinə hava hücumu etdi-Ölənlər var

İsrailin Beyrutda Hizbullah terror təşkilatına mənsub mərkəzlərə hava hücumu nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Gunaz.tv

Bu barədə Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad məlumat yayıb.

Onun sözlərinə görə, həlak olanlar arasında mülki şəxslər də var.

“Əl-Cəzirə” telekanalının məlumatına görə isə İsrail və Livan sərhədində şiddətli atışma baş verib.

Bildirilib ki, bu, ötən ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyatların başlanmasından bəri ən intensiv atışmalardır.

İsrail rəsmiləri Livan Hizbullah hərəkatına aid silah anbarlarına ən azı 80 zərbə endirdiklərini bildiriblər. Öz növbəsində Hizbullah İsrailin şimalına ən azı 45 raket atıb.

Qeyd edək ki, İsrail sentyabrın 20-də Beyrutun cənubuna zərbələr endirib. Zərbələr nəticəsində Hizbullahın “Radvan” elit bölməsinin 6 komandiri öldürülüb. Hizbullah artıq hücumda hərəkatın xüsusi əməliyyatlar komandiri İbrahim Aqilin öldürüldüyünü təsdiqləyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar