SON XƏBƏRLƏR

İranda İsrail casusları həbs edilib - İddia

2024.09.23, 10:08
İranda İsrail casusları həbs edilib - İddia

İran İsraillə əməkdaşlıq etdiyi iddia edilən 12 nəfəri həbs etdiyini açıqlayıb .

Gunaz.tv

Bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilib.

Saxlanılanların ölkənin 6 əyalətində SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən saxlanıldığı iddia edilib.

Onların İsrail ilə əməkdaşlıq edən və ölkənin təhlükəsizliyinə qarşı əməliyyatlar planlaşdırdıqları deyilib.

İran hökumətinə müxalif media qurumları SEPAH-ın casus şəbəkəsinin ifşası ilə bağlı iddialarını əsassız sayıb.

Onların fikrincə İran bu vasitə ilə İsrailə qarşı vəd etdiyi cavab zərbəsini yerinə yetirdiklərini təlqin etməyə cəhd göstərirlər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar