SON XƏBƏRLƏR

Maksim Şevçenko: Nə qədər ki, Ermənistan Paris, Vaşinqton, Moskva və Tehrana bel bağlayacaq, heç bir sülh müqaviləsi olmayacaq

2024.09.24, 13:26
Maksim Şevçenko: Nə qədər ki, Ermənistan Paris, Vaşinqton, Moskva və Tehrana bel bağlayacaq, heç bir sülh müqaviləsi olmayacaq

Düşünürəm ki, yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq.

Gunaz.tv

Bunu rusiyalı tanınmış ictimai xadim, siyasi ekspert Maksim Şevçenko deyib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması Vaşinqtonda Ağ Evə bu ilin noyabrında baş tutacaq seçkilərin nəticələrinə əsasən, 2025-ci ilin yanvarında kimin daxil olacağından asılıdır: “Ya Donald Tramp, ya da Kamala Harris... Ümumiyyətlə, regiondakı durum dünyadakı vəziyyətdən asılıdır. Dünyada bu gün müharibələr baş verir. Cənubi Qafqaz regionunda isə bununla belə sevindirici proseslər müşahidə olunur. Həm Azərbaycan, həm də Gürcüstan böyük geosiyasi vəhşilərin aləti olmamaq üçün mübarizə aparırlar”.

Ekspert vurğulayıb ki, bu gün Ermənistanda Qərblə, ABŞ və Fransa ilə əlaqədar güclər dominantlıq təşkil edirlər: “Qərb bu gün Ermənistandan alət kimi istifadə edir. Ona görə də hesab edirəm ki, problem daha da çoxalacaq. Ermənistan manipulyasiya subyekti kimi Qafqaz xalqları arasında barışığın əldə olunmaması üçün istifadə olunur. Ermənistanın köməyi ilə Azərbaycana münasibətdə eskalasiya dəstəklənir. Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsinə cəhd olunur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar