SON XƏBƏRLƏR

Evin həbsxanasında etiraz aksiyası keçirilir

2024.09.24, 14:08
Evin həbsxanasında etiraz aksiyası keçirilir

Tehranın Evin həbsxanasında saxlanılan siyasi qadın məhbuslar sentyabrın 23-dən başlayaraq oturaq etiraz aksiyası keçirməyə başlayıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Siyasi məhbusların etiraz aksiyası İran Prezidenti Məsud Pezeşkianın BMT-nin illik samittində çıxışı ilə eyni vaxtda başlayıb.

Etirazçılar bu vasitə ilə İran hakimiyyətinin repressiyalarına diqqət çəkmək istədiklərini bildiriblər.

Məşhur insan haqları müdafiəçilərinin, o cümlədən Nobel Sülh Mükafatı Laureantı Nərgiz Məhəmmədinin də qoşulduğu oturaq etiraz aksiyası 24 sentyabr gecə saat 22:00-a kimi davam edəcək.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar