SON XƏBƏRLƏR

Pezeşkian: ABŞ və Avropa bildirmişdi ki, İran Haniyyənin qətlinə cavab verməsə, atəşkəs olacaq, yalançı çıxdılar

2024.09.30, 10:51
Pezeşkian: ABŞ və Avropa bildirmişdi ki, İran Haniyyənin qətlinə cavab verməsə, atəşkəs olacaq, yalançı çıxdılar

İran prezidenti Məsud Pezeşkian Qərbi yalan danışmaqda ittiham edib və İsrailin əməllərinin cavabsız qalmayacağına söz verib.

Gunaz.tv

İran prezidenti Nazirlər Kabinetinin iclasında deyib ki, ABŞ və Avropa ölkələrinin “İran Tehranda Haniyyənin qətlinə cavab verməsə, atəşkəslə bağlı razılığın əldə olunacağına dair” vədləri yalan olub.

"İsrailin cinayətləri cavabsız qalmayacaq. Həsən Nəsrullahı öldürməklə İsrail heç bir beynəlxalq normalara əməl etmədiyini bir daha nümayiş etdirdi. Belə cinayətkarlara imkanların verilməsi onları daha çox cinayət törətməyə sövq edir", - deyə Pezeşkian əlavə edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar