SON XƏBƏRLƏR

İranda spirtli içkidən ölənlərin sayı 10-a çatdı

2024.09.30, 12:09
İranda spirtli içkidən ölənlərin sayı 10-a çatdı

İranın Gilan və Mazəndəran əyalətlərində saxta spirtli içkidən istifadə nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat verib.

Məlumata görə, spirtli içkidən istifadə nəticəsində zəhərlənən 57 nəfərdən 6-ı Gilanda, 4-ü isə Mazəndəranda həyatını itirib.

Onlardan bir qismi ilkin tibbi yardımdan sonra evə buraxılsa da, 27 nəfər xəstəxanada yerləşdirilib.

Hazırda reanimasiya bölməsinə yerləşdirilən 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə, gizli və qeyri-standart şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.

Bir müddət əvvəl İran Tibbi Ekspertiza Mərkəzinin başçısı Abbas Məcidi bildirib ki, son bir ildə 644 nəfər qeyri-standart spirtli içki qəbul etdiyi üçün həyatını itirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar