SON XƏBƏRLƏR

Pezeşkian Rusiyanın Baş naziri ilə nəyi müzakirə etdi?

2024.10.01, 11:19
Pezeşkian Rusiyanın Baş naziri ilə nəyi müzakirə etdi?

İran Prezidenti Məsud Pezeşkian Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüşüb.

Gunaz.tv

GünazTV TASS İnformasiya Agentliyinə istinadən xəbər verir ki, görüş zamanı Rusiya-İran münasibətləri müzakirə edilib. 

“7 ay ərzində ticarət dövriyyəmizin 6,5 faiz artmasına baxmayaraq, hesab edirəm ki, Rusiya ilə İran arasında enerji, nəqliyyat, sənaye, ticarət, mədəni və humanitar əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var”, – Mişustin qeyd edib.

Qeyd edək ki, İran Rusiyanın əsas müttəfiqlərindən biridir və Vladimir Putin rejiminə hərbi dəstək verir. Tehran 2022-ci ildə "Şahid" dronlarını Putin rejiminə hədiyyə edib. Bu dronlar gündəlik olaraq Ukrayna şəhərlərinin vurulmasında istifadə olunur. Bundan əlavə, iranlı mütəxəssislər Rusiya ərazisində dron istehsalı müəssisəsi yaradıblar.

 

 

GünazTV

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar