SON XƏBƏRLƏR

Rusiya və Almaniya İranla bağlı vətəndaşlarına çağırış etdi

2024.10.02, 20:29
Rusiya və Almaniya İranla bağlı vətəndaşlarına çağırış etdi

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını regionda gərginlik artdığı üçün təcili olaraq İran ərazisini tərk etməyə çağırıb.

Gunaz.tv

Bu barədə Almaniya XİN-nin bəyanatında deyilib.

Bildirilib ki, İran İsrail ərazisinə raket hücumu etdikdən sonra qarşı tərəfin də cavab verəcəyi ehtimalına görə bu çağırış edilib.

Rəsmi Berlin regionda münaqişə riskinin artmasını və qeyri-sabitliyi qeyd edərək vətəndaşlarını İrana ehtiyac duyulmadığı halda səfər etməməyi məsləhət görüb.

Almaniyanın İrandakı səfirliyi vurğulayıb ki, İsrailin mümkün cavab hücumu səbəbindən diplomatik missiyanın məktəbi və binası oktyabrın 3-də bağlı olacaq.

Bununla yanaşı Rusiya da vətəndaşlarına regiondakı son proseslərlə əlaqədar İrana səfər etməməyi tövsiyə edib.

"İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya səfirliyi Rusiya Federasiyası vətəndaşlarına müvəqqəti olaraq vəziyyət normallaşana qədər İran İslam Respublikasına səfərlərdən çəkinməyi tövsiyə edir", - Rusiyanın İrandakı səfirliyi yaydığı müraciətdə qeyd edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar