SON XƏBƏRLƏR

İsraildə İrana işləyən cütlük həbs edilib

2024.10.14, 16:23
İsraildə İrana işləyən cütlük həbs edilib

Təl-Əviv yaxınlığındakı Rametqan bölgəsindən olan cütlük İslam Respublikasının agentlərinin rəhbərliyi altında terror qruplaşması yaratmaqda ittiham edilərək həbs edilib.

Gunaz.tv

Bu barədə İsrailin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı ilə polis qüvvələrinin birgə bəyanatında bildirilib.

Telegram tətbiqi vasitəsilə İranın kəşfiyyat agentləri tərəfindən işə götürülən cütlük, əvvəlcə Rametqandan olan 30 yaşlı Vladislav Viktorsonu pul qarşılığında işə götürüblər. Bundan sonra Viktorson da münasibətdə olduğu 18 yaşlı Anna Bernşteyn də daxil olmaqla daha iki vətəndaşı əməkdaşlığa cəlb edə bilib.

İsrail mənbələrinin bildirdiyinə görə, bu əməliyyatlar arasında İsrail rəsmilərinə qarşı aksiyalar keçirmək, avtomobilləri yandırmaq və İsrailin yüksək rütbəli şəxsiyyətinə sui-qəsd hazırlamaq daxildir. 

Araşdırmalar göstərib ki, bu iki şəxs bəzi missiyaların həyata keçirilməsində fəal iştirak ediblər və bunun müqabilində İran tərəfi onlara rəqəmsal valyutalar şəklində vəsait ödəyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar