SON XƏBƏRLƏR

Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub

2024.10.15, 11:38
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub

Böyük Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində illik dialoqu, eləcə də müdafiə sahəsi ilə bağlı digər danışıqları dondurub.

Gunaz.tv

Bu barədə Britaniyanın Gürcüstandakı səfiri Garet Uord yerli mediaya açıqlamasında bildirib.

Məlumata görə, qərara səbəb Gürcüstandakı demokratik geriləmədir.

“Mən gözləyirdim ki, biz Gürcüstanın dayanıqlığını və bizim ümumi rifahımızı gücləndirmək üçün birlikdə çalışacağıq, lakin son bir il ərzində Gürcüstan hökuməti fərqli kurs seçib”, - səfir deyib.

Diplomat əlavə edib ki, Gürcüstan hökumətinin hərəkətləri Britaniyanın Gürcüstanda “demokratiyanın tənəzzülü və anti-Qərb ritorikası" ilə bağlı narahatlığının artırmasına səbəb olub.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar