SON XƏBƏRLƏR

Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq etdi

2024.10.15, 12:45
Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Avstraliya İsrailə raket hücumuna cavab olaraq İrana qarşı sanksiyaları genişləndirib.

Gunaz.tv

"CNN" xəbər verir ki, İranın raket proqramına töhvə verməkdə ittiham olunan beş iranlı şəxsə qarşı maliyyə sanksiyaları və səyyahət məhdudiyyətləri tətbiq edilib. Avstraliya hökumətinin qərarı ABŞ və Böyük Britaniyanın İranın enerji sektoruna yönəlmiş yeni qadağalar ilə eyni zamana təsadüf edir. 

Avstraliya Xarici İşlər Nazirliyi ofisindən verilən məlumatda deyilir ki, İranın oktyabrın 1-də İsrailə qarşı həyata keçirilən hücum geniş regional müharibə riskini artırıb. 

Yaxın Şərqdə gərginlik artdıqca, Avstraliya Xarici İşlər Nazirliyi regionun bəzi hissələri üçün səyahət xəbərdarlığını ən yüksək səviyyəyə qaldırdı.

“Avstraliya hökuməti İsraildə və Fələstin ərazilərində təhlükəsizlik vəziyyətinin sürətlə pisləşə biləcəyindən ciddi narahatdır. Bu gün biz Avstraliyanın səyahət proqramında qeyd olunan ərazilər üzrə "səyahət etmə" xəbərdarlığını verdik. Bu o deməkdir ki, əgər artıq bu ərazilərə səyahət etmisinizə, təhlükəsiz şəkildə tərk edin” - Avstraliya Xarici İşlər Nazirliyindən bildirilib.

 

 

Şahin Elxanoğlu

GünazTV

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar