SON XƏBƏRLƏR

İran həbsxanalarında 6 məhkum edam edildi

2024.10.18, 10:55
İran həbsxanalarında 6 məhkum edam edildi

İranın İsfahan, Şiraz, Dezful və Güney Azərbaycanın Qəzvin şəhərinin həbsxanalarında 6 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Edam edilənlər narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.

Bununla da son bir ildə İran həbsxanalarında edam edilənlərin sayı 850-ni keçib.

Edam sayının artması ilə eyni vaxtda BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Mey Sato bəyanat yayıb.

O, İran hökumətini edam cəzasını dayandırmağa, beynəlxalq ictimaiyyəti isə İran hakimiyyətinin insan haqları pozuntularının qarşısını almaq üçün aktivliyə çağırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar