SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda suya kvota qoyuldu

2024.10.18, 13:00
Sistan və Bəlucistanda suya kvota qoyuldu

İranın Sistan və Bəluçistan əyalətinin 900 kəndində su çqtışmazlığı yaşanır.

Gunaz.tv

Bu barədə əyalətin Su və Kanalizasiya İdarəsinin başçısı Əlirza Qasimi məlumat verib.

O, həmin kəndlərə içməli suyun səyyar tankerlərlə çatdırıldığın deyib.

Qasiminin sözlərinə görə, bəluc vətəndaşların hər birinə günlük 15 litr su payı nəzərdə tutulub.

Qeyd edək ki, Sistan və Bəlucistan əyalətinin əksər bölgələrində su çatşmazlığı yaşanır.

Hökumətin bundan əvvəl əyalətin su probleminin həlli ilə bağlı vəd etdiyi layihələrin heç biri icra edilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar