SON XƏBƏRLƏR

Pezeşkian Bakıda Əliyevlə nələri müzakirə edəcək?

2024.10.18, 13:23
Pezeşkian Bakıda Əliyevlə nələri müzakirə edəcək?

İranın mədəni irs, sənətkarlıq və turizm naziri Rza Salehi Əmiri Məsud Pezeşkianın noyabr ayında Azərbaycana səfəri zamanı Tehran və Bakı arasında səyahətlə bağlı maneələrin aradan qaldırılacağına ümid etdiyini bildirib.

Gunaz.tv

O, bu haqda dünən Təbrizdə öz işinə başlayan və üç gün davam edəcək Beynəlxalq Turizm və Sənətkarlıq Sərgisi çərçivəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, hökumətin əsas məqsədi xarici turistlərin öz şəxsi avtomobilləri ilə İrana səfər etməsidir. Hədəf ölkələr arasında isə İraq, Azərbaycan və Ermənistan var.

“Biz hesab edirik ki, İran və Azərbaycan arasında turizmə maneələr aradan qaldırılmalıdır. Təbriz azərbaycanlı turistlər və qonşu ölkələr üçün ilk səyahət istiqamətidir. Ümid edirəm ki, noyabrda Azərbaycana səfərimizlə bu yöndə ciddi işlər aparılacaq və əlaqələrin inkişafı ilə iki ölkə arasında turizmə maneələr aradan qaldırılacaq”, - iranlı nazir qeyd edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar