SON XƏBƏRLƏR

Netanyahuya sui-qəsd cəhdinin nəticəsi; İsrailin hücum hədəflərinə İran rəsmilərinin iqamətgahları əlavə edilib

2024.10.22, 11:25
Netanyahuya sui-qəsd cəhdinin nəticəsi; İsrailin hücum hədəflərinə İran rəsmilərinin iqamətgahları əlavə edilib

İsrail mediası bir neçə mənbəyə istinadən bildirib ki, Benyamin Netanyahu və ailəsinə sui-qəsd cəhdindən və onların iqamətgahına PUA hücumundan sonra İsrailin hədəfləri sırasına İran hökumətinin bəzi yüksək rütbəli məmurlarının evləri də əlavə edilib.

Gunaz.tv

Məlumata görə İran hökumətinin yüksək vəzifəli şəxslərinin iqamətgahları ilə yanaşı İsrailin hədəf nöqtələri siyahısında İranın nüvə mərkəzləri, neft və hərbi obyeklər də var.

Mənbələrə görə, hazırda məhdud sayda İsrail rəsmisi İrana olacaq hücumun dəqiq planından xəbərdardır və bu əməliyyatda iştirak edən Hərbi Hava Qüvvələrinin pilotlarına dəqiq hədəflər barədə yalnız əməliyyatdan qısa müddət öncə məlumat veriləcək.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar