SON XƏBƏRLƏR

Suriya İnsan Haqları Müşahidə Qrupu: Bu il Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun 200 üzvü öldürülüb

2024.10.23, 12:27
Suriya İnsan Haqları Müşahidə Qrupu: Bu il Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun 200 üzvü öldürülüb

Suriya İnsan Haqları Müşahidə Qrupu hesabatında bildirib ki, 2024-cü ilin əvvəlindən İsrailin ölkəyə 121 hücumu qeydə alınıb, nəticədə İran İnqilabı Keşikçiləri Korpusu və milislərinin 200-dən çox üzvü öldürülüb.

Gunaz.tv

Təşkilatdan bildirilib ki, bu 121 hücumdan 98-i hava hücumu, qalanı isə İsrail quru qüvvələrinin raket hücumları ilə baş tutub.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, bu hücumlar nəticəsində ümumilikdə 295 nəfər ölüb, 181 nəfər yaralanıb.

Hesabata görə, ölənlərdən 25-i iranlı olub.

"Human Rights Watch"ın yaydığı siyahısında digər ölənlər arasında Livan Hizbullahının 50 üzvü, 28 İraq vətəndaşı, İranın dəstəklədiyi 75 Suriya silahlısı, Tehranın dəstəklədiyi 24 Suriya ordusunun əsgəri də var. 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar