SON XƏBƏRLƏR

Bayden Paşinyana Azərbaycanla razılaşmanı yekunlaşdırmağı xahiş edib

2024.10.23, 13:18
Bayden Paşinyana Azərbaycanla razılaşmanı yekunlaşdırmağı xahiş edib

ABŞ prezidenti Co Bayden Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı məktubda ondan bu ilin sonuna qədər Azərbaycanla sülh sazişini yekunlaşdırmağı xahiş edib.

Gunaz.tv

ABŞ prezidenti Co Bayden Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı məktubda Azərbaycanla sülh sazişinin bu il yekunlaşdırılmasının vacibliyini vurğulayıb. Bu məktubda Bayden qeyd edib ki, razılaşmanın qalan hissələrini tamamlamaq əzm, yaradıcılıq və güzəşt tələb edəcək.

O, Paşinyanın vətənpərvərliyi siyasətdən üstün tutmasını da təqdir edib və ondan sülh müqaviləsini tez bir zamanda bağlamağı xahiş edib. ABŞ prezidenti vurğulayıb ki, ABŞ hökuməti davamlı sülhə gətirib çıxaracaq istənilən cəsarətli təşəbbüsü dəstəkləməyə hazırdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar