SON XƏBƏRLƏR

Şimali Koreya diplomatı Almaniya XİN-ə çağırılıb

2024.10.23, 14:53
Şimali Koreya diplomatı Almaniya XİN-ə çağırılıb

Şimali Koreyanın Almaniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Buna səbəb Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini artırması ilə bağlı narahatlıq olub.

Almaniya XİN-in bu addımı Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün qoşun göndərməsi ilə bağlı şübhəli xəbərlərdən sonra atılıb.

“Əgər Şimali Koreya qoşunları ilə bağlı yayılan xəbərlər doğrudursa və Şimali Koreya Rusiyanın Ukraynadakı müharibəsini qoşun göndərməklə dəstəkləyirsə, bu, ciddi və beynəlxalq hüquqa zidd addım olardı”, - Almaniya XİN-in “X” platformasındakı açıqlamasında bildirilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar