SON XƏBƏRLƏR

Türkiyə ordusu İraqın şimalında və Suriyada PKK terror qruplaşmasının mövqelərinə zərbələr endirib

2024.10.24, 11:12
Türkiyə ordusu İraqın şimalında və Suriyada PKK terror qruplaşmasının mövqelərinə zərbələr endirib

Ankarada aerokosmik sənaye şirkətinə edilən terror hücumuna cavab olaraq Türkiyə PKK terror qruplaşmasının Şimali İraq və Suriyadakı mövqelərinə zərbələr endirib.

Gunaz.tv

Türkiyə Müdafiə Nazirliyi dünən  verdiyi açıqlamada, qüvvələrinin İraq və Suriyada PKK terror qruplaşmasının mövqelərinə hücum etdiyini açıqlayıb.

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bu əməliyyatda Şimali İraq və Suriyada terrorçulara məxsus ümumilikdə 32 hədəfin məhv edildiyi bildirilir.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya da Ankaradakı terror aktından sonra hər iki terrorçunun hücumdan sonra öldürüldüyünü açıqlayıb. Yerlikaya bu hücumun mümkün məsuliyyətinin PKK terror qruplaşması olduğunu da bildirib.

"Bu hücumun həyata keçirilmə tərzi PKK-nın bu işə qarışma ehtimalının yüksək olduğunu göstərir" - nazir deyib.

"Tosash" şirkəti hərbi və mülki pilotsuz təyyarələrin və digər müdafiə təyinatlı məhsulların layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət göstərir.

PKK terror qruplaşmasının bu şirkətə hücumu nəticəsində 5 nəfər ölüb, ən azı 22 nəfər yaralanıb.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar