SON XƏBƏRLƏR

İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib

2024.10.25, 10:47
İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib

İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs, habelə İtaliyanın hakim "İtaliya Qardaşları" partiyasının milli direktorluğunun əlaqələndiricisi Edmondo Çirielli Avropa Parlamentində 24 oktyabr tarixində Azərbaycana qarşı qəbul olunmuş qətnaməni sərt şəkildə tənqid edib.

Gunaz.tv

O deyib ki, onun siyasi partiyasının haqlı olaraq bitərəf qaldığı Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini təəccüblə qarşılayıb.

“Parlament suverendir, lakin bu o demək deyil ki, hökumət nümayəndələri öz fikirlərini ifadə edə bilməzlər, biz demokratik ölkələrik”, deyə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli bildirib.

O, əlavə edib: “Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur. Üstəlik, onilliklər ərzində ermənilər qanunsuz şəkildə işğal etdikləri Azərbaycanın dörd kəndini də geri qaytardılar. Mübahisəli ərazilər yoxdur, çünki Ermənistanın özü də bunu bəyan edib: yalnız azərbaycanlıların qaldırdığı məsələ var ki, o da Ermənistan konstitusiyasında olan revanşizm kimi başa düşülən müddəalardır. Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etmir. Bu qətnamə həqiqətən də Ermənistan hökumətini Rusiya Federasiyasının dəstəklədiyi müxalifətin hazırkı hökuməti ermənilərin hüquqlarını satmaqda günahlandırdığı daxili çəkişmələrə məruz qoyur".

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar