SON XƏBƏRLƏR

İranda inflyasiya 40%-i ötüb

2024.10.27, 13:35
İranda inflyasiya 40%-i ötüb

İran Statistika Mərkəzinin son hesabatı ölkədə inflyasiyanın artdığını və oktyabr ayında inflyasiya artımının ümumi həcminin 2%-dən çox olduğunu göstərir.

Gunaz.tv

İran Statistika Mərkəzinin dərc etdiyi statistik məlumatların icmalı göstərir ki, mənzil sektorunda və enerji daşıyıcılarında inflyasiya 40,3%-i keçib.

Həmçinin oktyabrda mal və xidmətlərin inflyasiyası 37,1%, təhsil inflyasiyası 34,5%, ərzaq inflyasiyası 26%, səhiyyə inflyasiyası 27% təşkil edib.

Beynəlxalq Valyuta Fondu son proqnozunda bu il İranda inflyasiyanın 7,31%-ə çatacağını açıqlanıb və buna əsaslanan hesabatlar İranda inflyasiyanın azalması perspektivinin olmadığını göstərir.

Mütəxəssislər büdcə rəqəmlərindən açıqlanan məlumatları nəzərdən keçirərək, növbəti ildə inflyasiyanın artacağını açıqlayıblar.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar