SON XƏBƏRLƏR

İran, Şimali Koreya və Myanmar FATF-nin qara siyahısında

2024.10.27, 13:43
İran, Şimali Koreya və Myanmar FATF-nin qara siyahısında

“FATF”ın yeni hesabatına əsasən İranın adı Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupunun qara siyahısında qalıb. Beləliklə, indi bu siyahıda yalnız Şimali Koreya, Myanmar və İran yer alır.

Gunaz.tv

2017-ci ildən bəri İranın adının bu siyahıdan silinməməsinin əsas səbəbi Əli Xanemei və onun rəhbərliyi altındakı bəzi qurumlardır

Bu beynəlxalq qurum (The Financial Action Task Force - FATF) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üçün müntəzəm olaraq qara və boz olmaqla iki siyahı dərc edir.

Ölkələrin adlarının bu siyahıda olması həmin ölkələrdə beynəlxalq köçürmələrdə ciddi əngəllərin olduğunu göstərir.

İranın bu təşkilatla zəif əməkdaşlığı və İslam Respublikasının adının terrorçu qruplara dəstək olmaqda hallanmasına görə ölkənin adı 2008-ci ildən bəri qara siyahıya salınıb. 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar