SON XƏBƏRLƏR

İranın İsrailə cavabı ağır nəticələrə səbəb olacaq - ABŞ

2024.10.29, 10:09
İranın İsrailə cavabı ağır nəticələrə səbəb olacaq - ABŞ

BMT-nin Təhlükəsizlik Şurasının iclasında Amerika İranın İsrailə qarşı növbəti hücumlarının ağır nəticələri barədə xəbərdarlıq edib.

Gunaz.tv

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild oktyabrın 28-də BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib.

"Bizim İrana mesajımız aydındır, Tehran İsrailə və ya bölgədəki ABŞ qüvvələrinə qarşı daha aqressiv tədbirlər görmək qərarına gəlsə, bunun ağır nəticələri olacaq",- o bildirib.

Linda Tomas-Qrinfild İsrailin İranın və onun terrorçu tərəfdaşlarına qarşı daim dəstəyini vurğulayıb və ölkəsinin bu dəstəyi davam etdirəcəyini söyləyib.

ABŞ nümayndəsi bununla yanaşı Tehranın proksi qüvvələrə dəstəyini dayandırmasını da tələb edib.

GünazTV
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar