SON XƏBƏRLƏR

Associated Press: İsrailin hücumu nəticəsində Şahruddakı SEPAH-ın gizli raket bazasına ciddi ziyan dəyib

2024.10.30, 10:56
Associated Press: İsrailin hücumu nəticəsində Şahruddakı SEPAH-ın gizli raket bazasına ciddi ziyan dəyib

"Associated Press" xəbər agentliyi peyk görüntülərini təhlil edərək bildirib ki, İsrailin İrana hücumu ballistik raketlərin istehsal bazasına və SEPAH-ın kosmik proqramı ilə bağlı raketlərin buraxılması layihəsinə ziyan vurub.

Gunaz.tv

Hesabatda İran hökumətinin bu raket bazası haqqında daha əvvəl məlumat vermədiyi, İsrailin son hücumu nəticəsində Şahrud raket bazasının zərər gördüyü bildirilir.

İran yalnız İlam, Xuzistan və Tehranın üç vilayətindəki məntəqələrin hədəfə alındığını qeyd edib və Semnan əyalətində yerləşən bu baza haqqında susub.

Bu xəbər agentliyinin İsrailin hücumundan sonra peyk görüntülərinin təhlili ilə bağlı əvvəlki xəbərində Tehran yaxınlığındakı ballistik raketlərin istehsalı üçün istifadə edilən iki hərbi bazanın da məhv edildiyi bildirilmişdi.

İsrailin “Wala” saytının məlumatına görə, İran hökuməti İsrailin hücumu nəticəsində məhv edilən texnikanın bir hissəsini təkbaşına istehsal etməmiş və Çindən idxal etmişdi. Adı çəkilən agentlik üç İsrail mənbəsinə istinadən əlavə edib ki, hücuma məruz qalan hədəflər Tehranın ballistik raket proqramının əsas hissəsidir.

BMT-nin keçmiş silah müfəttişi Devid Olbrayt və Amerikanın CNA analitik mərkəzinin tədqiqatçısı Dekker Everett "Reuters" xəbər agentliyinə  bildiriblər ki, Parçin hərbi bazasında raketlər üçün yanacaq qarışdıran qurğular İsrail tərəfindən hədəf alınıb. .

Everettin sözlərinə görə, İsrail Tehranın şimal-şərqində yerləşən Xacirdə raket istehsalı sahəsini də hədəf alıb.

Peyk görüntülərinə istinad edən Olbrayt, X sosial şəbəkəsindəki bir yazıda İsrailin hücumu fəaliyyəti dayandırılmış, ancaq nüvə silahı inkişaf proqramı zamanı sınaq fəaliyyətləri üçün istifadə edilən Talexan 2 adlı binanı hədəf aldığını söyləyib.

O, 2018-ci ildə İsrailin oğurladığı sənədlərə toxunaraq, İran hökumətinin Talexan 2-də mühüm sınaq avadanlıqları saxladığını bildirib.

O, daha sonra deyib ki, Parçindən peyk çəkilişləri İsrailin Talexan 2-dən 320 metr aralıda daha üç binaya ziyan vurduğunu göstərir. Qeyd olunan üç binadan ikisində ballistik raketlər üçün yanacaq hazırlanırdı.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar