SON XƏBƏRLƏR

İran parlamenti qarşısında aksiya keçirildi - Edam etmə

2024.10.30, 13:56
İran parlamenti qarşısında aksiya keçirildi - Edam etmə

Bir həftə ərzində ikinci dəfə İran məhkəmələrinin edama məhkum etdikləri məhbusların ailələri Tehranda İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə etirazçılar sosial media şəbəkəsində paylaşım ediblər.

Onlar edam hökmlərinin ədalətsiz keçən məhkəmələrdə çıxarıldığını və hökmlərin icrasının dayandırılmasını, bunun başqa cəza ilə dəyişdirilməsini tələb ediblər.

"Edam etmə" şüarları səsləndirən məhbus ailələri beynəlxalq ictimaiyyəti İran hökumətinin məhbuslara qarşı ölüm hökmlərinə laqeyd qalmamağı istəyiblər.

Polis müdaxiləsindən sonra məhkumların ailələri parlamentin ətraf küçələrində aksiyalarını davam etdiriblər.

Qeyd edək ki, son 40 gün ərzində İranda 160-dan çox məhbus edam edilib, onlarla məhus isə edama hazırlıq öncəsi təkadamlıq kameralara köçürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar