SON XƏBƏRLƏR

Məcburi hicaba etiraz edən tələbə xanımı məmurlar həbs edərək ruhi xəstəxanaya aparıblar

2024.11.03, 10:57
Məcburi hicaba etiraz edən tələbə xanımı məmurlar həbs edərək ruhi xəstəxanaya aparıblar

Tehranın Azad Elm və Tədqiqat Universitetinin bir qız tələbəsi mühafizəçilər tərəfindən fiziki təzyiqə məruz qaldıqdan və məcburi hicab taxmağa cəhd etdikdən etiraz olaraq əynini soyunub.

Gunaz.tv

Məlumatlara görə, bu etiraz aksiyasından sonra o, döyülərək həbs edilib və ruhi xəstəxanaya aparılıb.

Bu tələbə qızın harada olması ilə bağlı hələlik heç bir bilgi yoxdur.

Azad Universitetinə bağlı “Farhikhtegan” qəzeti xəbər yayaraq, qızın mühafizəçilər tərəfindən tutularaq polisə təhvil verildikdən sonra ruhi xəstəxanaya aparıldığını təsdiqləyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Fars xəbər agentliyi bildirib ki, Azad Universitetinin Elm və Tədqiqat Bölməsinin təhlükəsizlik əməkdaşlarının hücumuna səbəb məcburi hicabın tətbiqi olub.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar