SON XƏBƏRLƏR

ABŞ İrana görə İraqa xəbərdarlıq etdi

2024.11.06, 10:26
ABŞ İrana görə İraqa xəbərdarlıq etdi

ABŞ Prezidenti Co Baydenin administrasiyası İraqın Baş naziri Məhəmməd əs-Sudanidən İranın İraq ərazisindən İsrailə hücum planlarının qarşısını almasını tələb edib. Əks təqdirdə İsrailin İraqa qarşı cavab hücumu təşkil edəcəyi bildirilib.

Gunaz.tv

Bu barədə “Axios” öz mənbələrinə istinadla məlumat yayıb.

“Əgər bunu etməsəniz, biz İsrailin İraqa hücum etməsinə mane ola bilməyəcəyik”, - deyə ABŞ administrasiyası İraq baş nazirinə xəbərdarlıq edib.

Məlumata görə, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Dövlət katibi Entoni Blinken İranın İsrailə qarşı mümkün hücum planlarını müzakirə ediblər və əl-Sudanini xəbərdar ediblər ki, o, İranın İraqdan İsrailə hücum etməsinə icazə verməməlidir. Onlar həmçinin, İraqın baş nazirindən şiə silahlılarının İsrailə və İraqla Suriyada yerləşən ABŞ qüvvələrinə qarşı hücumlarının dayandırılmasını tələb ediblər.

Məsələ ilə bağlı Ağ Ev, Dövlət Departamenti və İraqın Vaşinqtondakı səfirliyi hər hansı bir şərh verməkdən imtina edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar