SON XƏBƏRLƏR

İranda daha 7 məhbus edam edildi

2024.11.11, 12:56
İranda daha 7 məhbus edam edildi

İranın Kərəc, Zahidan, Qorqan, Neyşabur və Güney Azərbaycanın Təbriz şəhərlərinin həbsxanasında 7 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məhbusların narkotik maddələrin alveri və qətldə günahlandırıldıqları bildirilib.

Edamlar barədə İran Məhkəməsi və rəsmi dövlət mediası məlumat verməyib.

Bununla da sonoktyabr ayının əvvəlindən bu günə kimi İran həbsxanalarında edam edilənlərin sayı 190-ı keçib.

Bununla yanaşı daha bir neçə məhbus edam qabağı hazırlıq üçün təkadamlıq kameralara öçürülüb.

Edam hökmlərinin sayının artması ilə eyni vaxtda BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato ölüm cəzalarının tətbiqinin artmasına görə narahatlığını bildirib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar