SON XƏBƏRLƏR

Azərbaycanlı fəal aclıq aksiyasına başladı

2024.11.11, 15:33
Azərbaycanlı fəal aclıq aksiyasına başladı

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal və vəkil Tahir Nəqəvi aclıq aksiyasına başlayıb.

Gunaz.tv

Bu barədə insan haqları fəalları həbsxanadakı mənbələrə istinadən məlumat yayıblar.

Onlaın sözlərinə görə, Nəqəvi həbsxananın tibbi mərkəzinə getdiyi zaman bundan əvvəl onu döyən məmurla qarşılaşıb.

Rza Əsədi adlı həbsxana nəzarətçsi azərbaycanlı məhkumu təhqir və təhdid edib.

Bundan sonra Tahir Nəqəvi özü və başqa fəallara qarşı təzyiq və təhdidlərə son qoyulması tələbi ilə aclıq aksiyasına əl atıb.

Qeyd edək ki, Tahir Nəqəvi fevralın 6-da Kərəc şəhərində həbs edilib.

Təhlükəsizlik məmurları fəalların evinə hücum edib, onları saxladıqdan sonra evlərində axtarış aparıb və ona məxsus bir sıra şəxsi əşyaları müsadirə ediblər.

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Nəqəvini "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmqaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırıb, ona və 6 il həbs cəzası verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar