SON XƏBƏRLƏR

25 şəhərdə siyasi məhbuslar aclıq aksiyası keçirib

2024.11.13, 09:49
25 şəhərdə siyasi məhbuslar aclıq aksiyası keçirib

Güney Azərbaycanın Urmu, Sulduz (Nəqədə), Xoy, Ərdəbil, Salmas və Təbriz şəhərlərinin həbsxanalarında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyası keçirirlər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Adı çəkilən Azərbaycan şəhərləri ilə yanaşı Tehranın Evin həbsxanası başfa olmaqla İranın 19 şəhərinin həbsxanalarında da siyasi məhbuslar eyni tələblə aclıq aksiyasına başlayıblar.

Qeyd edək ki, oktyabrın 1-dən bu günə imi İranda 200-ə yaxın məhbus edam edilib, onlarla məhbus bardə ölümhökmü çıxarılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar