SON XƏBƏRLƏR

Cəbrayıl Pakruh həbs cəzasına məhkum edildi

2024.11.18, 11:13
Cəbrayıl Pakruh həbs cəzasına məhkum edildi

Təbrizdə yaşayan milli fəal Fərhad Pakruhun atası Cəbrayıl Pakruh 6 ay azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu barədə onun ailəsi məlumat yayıb.

Bildirilib ki, Təbrizin İkinci Cəza Məhkəməsinin 109-cu bölməsi Cəbrayıl Pakruhu "yalan məlumatlar yaymaq"da günahlandırıb.

Onun barəsində Əli Abbaszadənin təmsil etdiyi Şərqi Azərbaycan əyalətinin Polis Komandanlığı məclisinin hüquq və işlər şöbəsinin şikayəti əsasında açılıb.

Məhkəmənin qərarına görə, Cəbrayıl Pakruh ölkənin rəsmi qəzetlərindən birində yaydığı məlumatların həqiqətə uyğun olmadığı barədə açıqlama verməli və üzr istəməlidir.

Qeyd edək kİ, bundan əvvəl təhlükəsizlik məmurları Cəbrayıl Pakruhu döyüb və həbs ediblər.

Təbriz həbsxanasına salınan milli fəal bir müddət saxlanıldıqdan sonra mayın 14-də 100 milyon tümənlik girov qarşılığında müvəqqəti azad edilmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar