SON XƏBƏRLƏR

İranın 25 həbsxanasında aclıq aksiyası keçirilir

2024.11.19, 14:46
İranın 25 həbsxanasında aclıq aksiyası keçirilir

Güney Azərbaycanın Urmu, Xoy, Sulduz (Nəqədə), Ərdəbil, Salmas və Təbriz şəhərlərinin həbsxanalarında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyası keçirirlər.

Gunaz.tv

Bu barədə "Edama yox Kampaniyası"nın yaydığı bəyanatda bildirilib.

Aksiya keçirən məhbuslar, bu vasitə ilə beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər.

Adı çəkilən Azərbaycan şəhərləri ilə yanaşı İranın 19 şəhərinin həbsxanalarında da siyasi məhbuslar eyni tələblə aclıq aksiyasına başlayıblar.

Aclıq aksiyası 43-cü dəfədir ki, hər həftənin ikinci günü baş tutur.

Qeyd edək ki, son 1 ay ərzində İran həbsxanalarında 133 məhkum edam edilib.

Onlardan 3-ü qadın, 13-ü isə Əfqanıstan vətəndaşlarıdır.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar