SON XƏBƏRLƏR

Müharibəyə hazır olun- Əraqçı

2024.11.19, 16:00
Müharibəyə hazır olun- Əraqçı

İranın xarici işlər naziri Abbas Əraqçı SEPAH komandanlığı ilə görüşdə müharibə anonsu verib.

Gunaz.tv

Bu barədə İran XİN-nin mətbuat xidməti məlumat yayıb.

O, düşmənə güc göstərmək üçün böyük silahlı münaqişəyə hazırlaşmağa çağırıb.

Xarici işlər naziri, müharibəyə hazır olmağın onun baş verməsinin qarşısını aldığını iddia edib.

"Əgər qarşıdurmaya hazır olmadığınızı göstərərək ən kiçik zəiflik nümayiş etdirsəniz, müharibəyə məcbur ediləcəksiniz",- Abbas Əraqçı qeyd edib.

Əraqçının bu bəyanatı, Donald Trampın ABŞ-da yenidən prezident seşilməsindən sonra İrana qarşı təzyiqlərin sərtləşdiriləcəyi barədə ehtimallardan sonraya təsadüf edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar