SON XƏBƏRLƏR

Qarakənd faciəsindən 33 il ötür

2024.11.20, 11:43
Qarakənd faciəsindən 33 il ötür

Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 33 il ötür.

Gunaz.tv

“Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub.

Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri - ümumilikdə 22 nəfər həlak olub.

 

Əvvəllər rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması fərziyyəsi səsləndirilib. Ancaq bir neçə gün sonra vertolyotun ermənilər tərəfindən vurulduğu təsdiqini tapıb.

Terror aktı nəticəsində Mİ-8 hərbi vertolyotunda həlak olanların tam siyahısını təqdim edirik:

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri, daxili işlər naziri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Saylau Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikoloyeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü

 

 

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar