SON XƏBƏRLƏR

Məlikanlı məhbus işgəncə altında öldürülüb

2024.11.21, 12:16
Məlikanlı məhbus işgəncə altında öldürülüb

3 həftə əvvəl Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində həbs edilən Qafar Əkbəri polisin istintaq təcridxanasında işgəncə edildiyinə görə noyabrın 20-də həyatını itirib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, ağır vəziyyətdə Məlikan şəhərinin Sina xəstəxanasına köçürülən azərbaycanlı məhbusun bədənində çox sayda işgəncə izləri olub.

İnsan haqları təşkilatlarının bildirdiyinə görə, Əkbərinin yaxınlarının mərhumun bədənindən paylaşdıqları fotolardan onun ayaq barmaqlarının dırnaqlarının çəkildiyi müşahidə olunur.

Məlikan şəhərinin Yolqunlu kəndindən olan 48 yaşlı Qafar Əkbəri 1 il yarım əvvəl baş vermiş qətl hadisəsində şübhəli şəxs qismində saxlanılmışdı.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar