SON XƏBƏRLƏR

İranda doğum sayı aşağı düşüb

2024.11.23, 13:37
İranda doğum sayı aşağı düşüb

İranın səhiyyə naziri ölkənin “demoqrafik çuxura” düşmək ərəfəsində olduğunu və il ərzində doğulanların sayının bir milyondan aşağı düşəcəyini bildirib.

Gunaz.tv

O, demoqrafik problemdən çıxmağın çətin və hətta qeyri-mümkün olacağı barədə xəbərdarlıq edib.

İran bir vaxtlar dünyanın ən gənc əhalisinə malik ölkə kimi tanınırdı, lakin son onilliklərdə iqtisadi problemlərin artması, vətəndaşların həyat tərzinin dəyişməsi və hökumətin sosial-siyasi təzyiqlərinin artmasından sonra doğum səviyyəsi azalır.

Əli Xamneyi və ölkənin digər rəsmilərinin İranda uşaq dünyaya gətirməyin zəruriliyi ilə bağlı dəfələrlə tövsiyələr verməsinə baxmayaraq, rəsmilərin özlərinin dediyinə görə, iranlı cütlüklər arasında iqtisadi və sosial çətinliklər səbəbindən uşaq sahibi olmaq istəyi xeyli azalıb. 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar