SON XƏBƏRLƏR

Qərb AEBA-nın İranı tənqid edən qətnaməsini dəstəkləyib

2024.11.24, 10:36
Qərb AEBA-nın İranı tənqid edən qətnaməsini dəstəkləyib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasının İranın nüvə proqramına qarşı qətnaməsi ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın hakimiyyət orqanları tərəfindən dəstəklənib.

Gunaz.tv

Bu barədə adı çəkilən ölkələrin Xarici İşlər Nazirliklərinin bəyanatında bildirilib.

Ölkələr Tehranı nüvə materiallarından istifadə ilə bağlı məsələlərə dair AEBA-ya məlumat verməməkdə ittiham ediblər. Qərb ölkələri İslam Respublikasını AEBA ilə əməkdaşlığa çağırıb.

Qeyd edək ki, AEBA İranı agentliklə əməkdaşlıqdan yayındığına görə tənqid edən qətnamə qəbul edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar