SON XƏBƏRLƏR

İran həbsxanalarında siyasi məhbuslar aclıq aksiyası keçirdilər

2024.11.27, 10:59
İran həbsxanalarında siyasi məhbuslar aclıq aksiyası keçirdilər

Noyabrın 26-da Güney Azərbaycanın Xoy, Urmu, Sulduz (Nəqədə), Ərdəbil, Salmas və Təbriz şəhərlərinin həbsxanalarında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə "Edama yox Kampaniyası"nın yaydığı bəyanatda bildirilib.

Aksiya keçirən məhbuslar, bu vasitə ilə beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər.

Adı çəkilən Azərbaycan şəhərləri ilə yanaşı İranın 19 şəhərinin həbsxanalarında da siyasi məhbuslar eyni tələblə aclıq aksiyasına başlayıblar.

Aclıq aksiyası 44-cü dəfədir ki, hər həftənin ikinci günü keçirilir.

Qeyd edək ki, yeni ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında edam edilənlərin sayı 820-i keçib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar