SON XƏBƏRLƏR

ABŞ Suriyadakı "Birləşmiş İran Qrupu"nun sursat anbarına hücum edib

2024.11.27, 11:17
ABŞ Suriyadakı "Birləşmiş İran Qrupu"nun sursat anbarına hücum edib

ABŞ ordusu ABŞ qüvvələrinə qarşı hücumlarına cavab olaraq İranın Suriyadakı müttəfiq qruplarından birinin silah-sursat anbarını hədəf aldığını açıqlayıb.

Gunaz.tv

Bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı Centcom X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, hücumun məqsədi qarşı tərəfin hücum imkanlarını azaltmaqdır.

Qeyd edək ki, ABŞ ordusunun Suriyada təxminən 900, İraqda isə 2500 hərbçisi var. Bu əsgərlər 2014-cü ildə İslam Respublikası qruplaşması və ya İŞİD-ə qarşı mübarizə məqsədilə yaradılmış beynəlxalq hərbi koalisiyanın qüvvələrinin bir hissəsidir.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar