SON XƏBƏRLƏR

Yəhudi din xadimini öldürənlər Türkiyədə həbs edilib

2024.11.29, 13:39
Yəhudi din xadimini öldürənlər Türkiyədə həbs edilib

Milli İstehbarat Təşkilatının (MİT) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) israilli ravvini öldürüb Türkiyəyə qaçan 3 Özbəkistan vətəndaşının yaxalanması ilə bağlı keçirdiyi əməliyyatın təfərrüatı ortaya çıxıb.

Gunaz.tv

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, BƏƏ təhlükəsizlik orqanları Koqan adlı ravvini öldürən şübhləlilərin Türkiyəyə qaçdıqlarını müəyyənləşdirərək, türkiyəli tərəfdaşları ilə əlaqə saxlayıblar.

Aparılan araşdırmalar nəticəsində şübhəlilərin Dubaydan Türkiyəyə təyyarə ilə qaçdıqları bəlli olub və MİT əməliyyat hazırlayıb. Təyyarədə şübhəlilər tərəfindən hər hansı bir insident törədilməsin deyə, məlumat olduqca gizli saxlanılır.

Təyyarə İstanbul hava limanına enən kimi Türkiyə polisi də əməliyyata qoşulub. Hər 3 özbək hava limanından çıxdıqları anda saxlanılıblar.

Bildirilib ki, Alimbay Tahiroviç (28 yaş), Mahmudcan Əbdürrəhim (28 yaş) və Azizbek Kamiloviç (33 yaş) adlı Özbəkistan vətəndaşları Dubayda market sahibi olan İsrail-Moldova vətəndaşı, İsrail ravvini və yəhudi dini hərəkatının nümayəndəsi Tzvi Koqanın boğazını kəsərək qətlə yetirmişdilər. 

Qeyd edək ki, bundan əvvəl İranın kəşfiyyat xidmətinin Koqanı axtarışa verildiyini göstərən sübutların olduğu barədə məlumatlar yayılmışdı.

“Vala” xəbər saytı İsrail təhlükəsizlik mənbələrinə istinadən yazıb ki, Koqanın öldürülməsində İranın təhlükəsizlik qüvvələrinin əli olması ehtimalı yüksəkdir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar