SON XƏBƏRLƏR

Şolts 2 ildən sonra ilk dəfə UKRAYNADA!

2024.12.02, 11:34
Şolts 2 ildən sonra ilk dəfə UKRAYNADA!

Almaniya kansleri Olaf Şolz bazar ertəsi 2 ildən artıq müddətdən sonra ilk dəfə Ukraynaya səfər edib.

Gunaz.tv

GünazTV xarici mediaya istinadən xəbər verir ki, Olaf Şoltsun səfəri Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına görə tənqid edilməsindən bir neçə həftə sonraya təsadüf edir.

Almaniya kansleri bildirib ki, Zelenski ilə görüşündə o, bu ay ümumi dəyəri 650 milyon avro olan əlavə hərbi təchizatları açıqlayacaq.

"Ukrayna Almaniyaya arxalana bilər - biz nə ediriksə deyirik və dediyimizi edirik" Almaniya kansleri açıqlaması zamanı bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar