Bunu Britaniya Müdafiə Qərargah rəisi admiral ser Entoni Devid Redakin deyib.
“İsrail 100-dən çox təyyarədən istifadə etdi və hava hücumunun ilk dalğasında hədəfin yüz mil radiusuna girmədən demək olar ki, İranın bütün hava hücumundan müdafiə sistemini məhv etdi. İsrail bu hücumda F-35 gizli qırıcısının gücünü də göstərdi”,- o bildirib.
Müdafiə Qərargah rəisinin sözlərinə görə, İsrail bu hücumla Tehranı necə cavab verəcəyi ilə bağlı strateji çaşqınlıqla üz-üzə qoyub.
Qeyd edək ki, oktyabrın 26-da İsrail 100 təyyarədən istifadə edərək Tehran, Simnan, İlam və Xuzistan əyalətlərində İranın hava hücumundan müdafiə sistemləri də daxil olmaqla 20-dən çox hərbi mövqeyə dəqiq və məqsədyönlü hava zərbələri endirib.
İsrailin bu cavab hücumları İranın oktyabrın 1-də İsrailə raket hücumuna cavab olaraq həyata keçirilib.
İran hava hücumu nəticəsində 4 hərbçisinin öldüyünü açıqlasa da, qreyri-rəsmi məlumatlarda 20 hərbçinin öldüyü və 30 nəfərinin isə yaralandığı bildirilib.
GünazTV