SON XƏBƏRLƏR

Rusiya Suriyada hərəkətə keçdi

2024.12.06, 12:08
Rusiya Suriyada hərəkətə keçdi

Rusiya Suriyada Həmanı ələ keçirən “Heyət Təhrir əş-Şam” (HTŞ) qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün hərəkətə keçib.

Gunaz.tv

GünazTV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə NTV regiondakı mənbələrə istinadən məlumat yayıb.

Belə ki, HTŞ Suriyanın paytaxtı Dəməşqə gedən yolda son əyalət olan Xümsə hücuma başlayıb. Artıq əyalətin Rastan şəhəri müxaliflərin nəzarətinə keçib.

Məlumata görə, Rusiya hərbi təyyarələri HTŞ-nin hücumunu dayandırmaq üçün Ratsandakı körpünü bombalayıb. Sözügedən körpü Xüms və Həmanı bir-birinə bağlayan ən mühüm keçid məntəqəsidir.

Ekspertlər bildirirlər ki, müxaliflər Xüms əyalətini ələ keçirsələr, Dəməşqin itirilməsi an məsələsi olacaq.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar