Onlar dekabrın 6-də cümə namazı çıxışlarında hökuməti hicab qanununun icrasına çağırıblar.
Məşhəd, Təbriz, Yəzd, Kərəc və başqa bir neçə şəhərin cümə imamı Məsud Pezeşkianı qanunların icrası ilə bağlı içdiyi andı unutmaqda günahlandırıblar.
"Qanunun qarşısında dayanmaq olmaz və o mütləq icra edilməlidir",- Təbrizin cümə imamı Əhməd Mütəhhəri Pezeşkiana çağırış edib.
Qeyd edək ki, Məsud Pezeşkian televizyadakı çıxışnda "Hicab və ifət qanunu"nun icrasının vətəndaşların narazılıqlarına səbəb olacağına görə onu həyata keçirməkdə tərəddüd etdiyini bildirib.
GünazTV